“Güven Prizma” şirkəti Azərbaycanda sənaye üsulu ilə ofis və digər mebelləri istehsalı üzrə ixtisaslaşmış müəssisələrdən biridir. Şirkət mebel istehsal etmək üçün materialları Türkiyədən Azərbaycana gətirir və Avropa standarlartlarına uyğun, müasir dövrün tələblərinə cavab verən ofis, restoran, kafe, mətbəx, yataq otağı, uşaq otağı, və s. mebellərin istehsalını təşkil edir.
Uzun illərdi şirkət fəaliyyət göstərdiyi Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində çoxsaylı müəssisələrin, nazirliklərin, bankların, fəaliyyət göstərən şirkətlərinin ofislərinin mebel avadanlıqlarının təchiz olunmasında fəal iştirak edərək keyfiyyətinə və estetik görkəminə görə birincilərdən olmuşdur.
|
![]() |
![]() |
![]() |
“Güven Prizma” mebel istehsalı üçün lazım olan materialları, müxtəlif aksesuarları Türkiyənin məşhur şirkətlərindən alır. İstehsal etdiyi bütün mebel növlərinə 1 il keyfiyyət təminatı və bundan sonra da 3 il güzəştli xidmət təklifi verir.
|
![]() |
![]() |
![]() |
Sifarişçilərin arzusu ilə bizim dizayner və konstruktorlarımız sifarişçi müəssisələrdə olur, ölçülərini və sifarişçilərin təkliflərini və arzularını gördükdən sonra onlara hazırlanacaq olan mebelin eskiz və şəkillərini təqdim edirlər. Müqavilə müzakirə edilib, qəbul olunduqdan sonra qısa müddət ərzində mebel hazırlanıb sifarişçinin obyektində quraşdırlır.
Bütün növ dizayner xidmətləri, daşınma quraşdırılma pulsuzdur.
Ümid edirik ki, bizim gələcək əməkdaşlığımız hər iki tərəf üçün səmərəli və faydalı olacaqdır.






















